“Real” səfərdən 1 xalla qayıtdı

Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

Madridin “Real” komandası səfərdə “Levante” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Son çempion “Atletiko” isə “Elçe”ni minimal hesabla məğlub yola salıb. “Real Sosyedad” da “Rayo Valyekano” ilə oyunda 3 xalı tək qolla qazanıb.

İspaniya La Liqası
2-ci tur
20 avqust

Betis – Kadis 1:1
Qol: Xuanmi, 22 – Neqredo, 11-pen.

21 avqust

Alaves – Malyorka 0:1
Qol: Nino, 80.

Qranada – Valensiya 1:1
Qol: Suares, 16 – Soler, 88-pen.

Espanyol – Vilyarreal 0:0

Atletik – Barselona 1:1
Qol: Martines, 50 – Depay, 75.

22 avqust

Real Sosyedad – Rayo Valyekano 1:0
Qol: Oyarzabal, 68-pen.

Atletiko – Elçe 1:0
Qol: Korrea, 39.

Levante – Real 3:3
Qol: Rocer, 46. Kampana, 57. Pyer, 79 – Beyl, 5. Vinisius, 73; 85.

23 avqust

22:00 Xetafe – Sevilya
00:00 Osasuna – Selta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: