“Real”dan darmadağın – 3 xalı 4 qolla qazandı

Futbol üzrə İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Osasuna” “Vilyarreal”ı, “Espanyol” “Xetafe”ni, “Valensiya” isə “Qranada”nı məğlub yola salıb.

“Real” “Santyaqo Bernabeu”da “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirib. Hər iki komanda La Liqada son iki turu qələbəylə başa vurmuşdu. Bu görüşdə isə Madrid təmsilçisi doğma meydanda darmadağına sevinib.

5 oyundur çempionatda məğlub olmayan “Barselona” “Elçe” səfərinə yollanacaq.

Çempionlar Liqası zonasından uzaqlaşmaq istəməyən “Atletiko” isə “Betis”lə səfər matçından sərfəli nəticə ilə dönməyə çalışacaq.

İspaniya La Liqası
27-ci tur
4 mart

Alaves – Sevilya 0:0

5 mart

Osasuna – Vilyarreal 1:0
Qol: Avila, 63.

Espanyol – Xetafe 2:0
Qol: Kabrera, 17. Kabako, 27-öz qapısına.

Valensiya – Qranada 3:1
Qol: Qedeş, 48. Qomes, 51. Soler, 62 – Domenek, 56-öz qapısına.

Real – Real Sosyedad 4:1
Qol: Kamavinqa, 40. Modriç, 43. Benzema, 76. Asensio, 79 – Oyarzabal, 10-pen.

6 mart

17:00. Kadis – Rayo Valyekano
19:15. Elçe – Barselona
21:30. Selta – Malyorka
00:00. Betis – Atletiko

7 mart

00:00. Atletik – Levante

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: