Rebekka Uels Premyer Liqada daha bir ilkə imza atacaq

40 yaşlı qadın hakim Rebekka Uelç futbol üzrə İngiltərə Premyer Liqasında oyun idarə edəcək ilk qadın baş hakim olacaq.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Uelç İngiltərə çempionatının 18-ci turunun dekabrın 23-də keçiriləcək “Fulhem” – “Börnli” oyununu idarə edəcək.

Həmçinin bildirilir ki, Sem Ellison dekabrda İngiltərənin yüksək səviyyəli oyununu idarə edəcək və son 15 ildə ilk qaradərili Premyer Liqa hakimi olacaq. Ellison dekabrın 26-da Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “Şeffild Yunayted” – “Luton” oyununda çalışacaq.

Vurğulayaq ki, 2008-ci ildən bəri heç bir qaradərili və ya asiyalı hakim Premyer Liqa oyununu idarə etməyib.

İyul ayında İngiltərə Futbol Assosiasiyası (The FA) 2026-cı ilə qədər “tarixən kifayət qədər təmsil olunmayan” irqlərdən 50% daha çox hakimi işə götürməyi planlaşdırır. Bu məqsədlə assosiasiya 3 il ərzində futbolun bütün səviyyələrində qadın hakimlərin sayını 1000 nəfər artırmağı, həmçinin qaradərili və ya asiyalı hakimlərin faizini artırmağı hədəfləyir.

Noyabr ayında Premyer Liqada hakim kimi fəaliyyət göstərmiş ilk qadın olan Rebekka Uelç artıq tarixə düşüb. O, “Mançester Yunayted” – “Fulhem” oyununda (1:0) 4-cü hakim olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: