Rebrov: “Belçika ilə matçda öz oyunumuza diqqət yetirməliyik”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Belçika yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az “UA-Futbol” dərgisinə istinadən, ukraynalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Belçika yığması çox güclü komandadır. Yarış başlamazdan əvvəl hamı başa düşürdü ki, qrupumuzun favoriti Belçika yığmasıdır. Amma bu yarışda hər şey mümkündür. Slovakiya yığması ilə oyunumuzda biz qol vurmazdan əvvəl onların imkanları vardı. Belçika yığması güclü, ciddi komandadır, onlara hörmət edirik, amma biz ilk növbədə öz oyunumuzu düşünürük.

De Bröyneni necə dayandırmaq lazımdır? Yalnız onu deyil, biz digərlərini də durdurmalıyıq. Belçika yığmasında çox keyfiyyətli oyunçular var, xüsusən hücumda, onlar yüksək səviyyəli klublarda oynayırlar, onları necə dayandırmaq isə bizim üçün başağrısıdır. Amma yenə də rəqibə hörmət etməliyik, ancaq öz oyunumuza diqqət yetirməliyik.

Romelu Lukakunun əvvəlki kimi olmadığı fikri ilə də razı deyiləm. O, çox şaquli oyunçudur, o, yekəpərdir, amma açılmağı da bacarır. O, həmişə bunu edir, kürək arxasına açılması sayəsində hər oyunda fürsətlər qazanmasına təəccüblənmirəm. Bu açılışlara diqqətli olmalıyıq”, deyə Sergey Rebrov vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “E” qrupu çərçivəsində baş tutacaq Ukrayna – Belçika oyunu bu gün, iyunun 26-da Ştutqartın “Mersedes-Bents Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

3-cü tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Rumınıya – 3 xal
  2. Belçika – 3 xal
  3. Slovakiya – 3 xal
  4. Ukrayna – 3 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: