Renat Dadaşov Ankarada 84 dəqiqə oynadı, 1 xalla kifayətləndi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində “Ankaragücü” ilə qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan qolsuz heç-heçə ilə ayrılıb.

Dadaşov bu oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 17 turdan sonra 19 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 11 oyun keçirib və 4 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: