“Renn” baş məşqçisi Frank Hayse ilə müqaviləni yenilədi

Futbol üzrə Fransa çempionatında mübarizə aparan “Renn” komandasının baş məşqçisi Frank Hayse klubla yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Bretan təmsilçisinin rəhbərliyi 55 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın nəticələrindən və inkişafından tam razıdır və klubun gələcək layihəsini onunla davam etdirmək qərarına gəlib.

“Renn”də çalışmaq mənim üçün böyük zövq və sevincdir. Hər keçən gün bu hiss daha da artır. Çünki gördüyümüz işdən, futbolçuların və məşqçilər korpusunun reaksiyasından razıyam. Bu prosesdə çoxlu ümidverici məqamlar müşahidə olunur. Bilirik ki, futbolda əsas məqsəd belə məqamların davamlı olmasına çalışmaqdır. Amma istənilən halda hazırda möhtəşəm bir dövrdür”, – deyə baş məşqçi klubun rəsmi saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Frank Hayse Bretan klubuna nisbətən yaxın zamanda – 2026-cı ilin fevralında rəhbərlik etməyə başlayıb. O, qısa müddətdə komandanın oyununu sabitləşdirib və mövsümün yaz hissəsində uğurlu nəticələr əldə edib.

“Renn” ötən mövsüm Liqa 1-i 6-cı pillədə başa vuraraq avrokuboklar zonasına düşüb. Komanda yeni mövsümə iddialı hədəflərlə və məşqçilər korpusuna yüksək etimadla başlayacaq.

Xatırladaq ki, Hayse daha öncə “Nitsa” “Lans”, “Loryan” kimi klublarda da çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: