23 yaşlı qaradərili amerikan atlet Şa’Karri Riçardsonun davranışı idman icitmaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Arena.az bu barədə “Unconventional Voices of Track & Field” portalına istinadən məlumat verir.
Şa’Karri Riçardson Budapeştdə 2023-cü il yüngül atletika üzrə dünya çempionatında 100 metr məsafəyə qaçışda qalib gəldikdən sonra, ağdərili jurnalistlərlə danışmaqdan imtina edib.
Yarışdan sonra amerikan atlet qaradərili media nümayəndələri ilə danışıb, daha sonra digər jurnalistlərin yanından keçərək “xeyr, təşəkkür edirəm” deyib.
Riçardsonun bu davranışı narazılıq doğurmasa da, anlaşılmazlıq yaradıb.
Xatırladaq ki, Riçardson 100 metr məsafəni 10,65 saniyəyə qət edib. Yarışda gümüş medalı Yamayka təmsilçisi Şerika Cekson (10,72 sanıyə) qazanıb. Bürünc medala isə digər yamaykalı atlet Şelli-Enn Freyzer-Prays (10,77 saniyə) sahib olub.


