Rio Ferdinand De Xeaya görə “Mançester Yunyted”i tənqid etdi

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand klubun öz qapıçısı David de Xeaya münasibətdə davranışından narazıdır.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Xatırladaq ki, iyulun 1-dən ispan qapıçı azad agent satusundadır.

Rio Ferdinandın bu xüsusda sözlərini diqqətinizə çatdırırıq: “David bu klubun əsl xidmətçisi idi. 12 il – demək olar ki, mənim “Mançester Yunayted”də keçirdiyim kimi. De Xea dörd-beş dəfə ilin oyunçusu seçilib. O, fenomenal idi.

Vaxtaşırı De Xea klubun ən yaxşısı idi. Bəzən işləri yaxşı getmirdi. Bəzən formasını itirdiyi olub. Ola bilsin ki, o, özünəinamını itirirdi, amma əksər hallarda kluba əntiqə xidmət göstərib. O, görkəmli peşəkardır.

O, heç vaxt “Mançester Yunayted”ə problem yaratmayıb. Klubu heç vaxt biabır etməyib. O, görkəmli peşəkar və böyük insandır. Çoxları onu getməyə səsləyir. Onlar yeni qapıçı istəyirlər. Bütün bunlar aydındır. Hər kəsin öz fikrini söyləmək hüququ var.

“Mançester Yunayted” əvvəllər də səhvlərə yol verib”

Əlqərəz, Erik ten Haqa müəyyən növ qapıçı gərəkdir. Əgər De Xea uyğun gəlmirsə, deməlidir: “Bilirsiniz, mənim burada böyük təcrübəm olub, bura xoşuma gəlir, amma baş məşqçi məni istəmirsə, ya ayrılıram, ya da ikinci nömrəyə çevrilirəm”.

Klubun bu vəziyyətdə davranışından bir qədər məyusam. Hamısı ünsiyyətdən qaynaqlanır. Məncə, “Mançester Yunayted” bundan dərs almalıdır. Klub əvvəllər də səhvlərə yol verib.

Böyük oyunçuların özlərinə münasibətdə pis davranıldığını hiss edərək “Mançester Yunayted”dən ayrıldığı az olmayıb. Heç kimin öz şərtləri ilə klubdan getməyə haqqı yoxdur, amma istəmirsinizmi ki, futbolçularınız – xüsusən də uzun müddət oynayan və yaxşı xidmət göstərənlər – yaxşı halda getsinlər.

Mən görürəm ki, getdikcə daha çox oyunçu pis qalıqla ayrılır, bu, düzgün deyil. Düşünmürəm ki, bu, futbolçuya münasibətdə ədalətlidir.

Hamısı ünsiyyətdən qaynaqlanır. Bir az minnətdarlıq. Bir az anlayış. Uzun müddət klubda olan oyunçunun ləyaqətlə ayrılmasını təmin etməyə siz mükəlləfsiniz. David yəqin ki, oturub fikirləşir: “Heç vaxt düşünməzdim ki, klubdan bu şəkildə, bu tərzdə gedəcəyəm”.

De Xeanın qalacağı yeganə seçim “Mançester Yunayted”in Onana və ya başqa bir qapıçı ilə müqavilə imzalaya bilməməsidir. Amma onun üçün çətin olacaq, çünki indi o, kluba başqa nəzərlə baxacaq.
Əvvəl sevgi idi, indi bəlkə də iş birliyidir. Bu, məyusedicidir və hər şeyin axarına düşəcəyinə ümidvaram”.

Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted” klubda hətta məvacibinin azaldılması hesabına belə, qalmaq istəyən David de Xeanın bu təklifi qarşısında maaşının bir qədər də azaldılması şərtini irəli sürmüşdü. Klub rəsmi bəyanatında yeni müqavilə ilə bağlı danışıqların davam etdiyini açıqlayıb. De Xea isə hələ də gözləmə mövqeyindədir və taleyinin necə olacağını bilmir.

Xəbəri sosial şəbəkələrdə paylaş: