Ris Nelson “Arsenal”ı “Feyenord”a dəyişdi

İngiltərənin “Arsenal” klubunun sağ vingeri Ris Nelson London təmsilçisindən ayrılaraq Niderlandın “Feyenord” komandasına keçib.

Arena.az bu barədə Niderland klubunun rəsmi saytına istinadən xəbər verir.

Nelson “Arsenal”ı azad agent kimi tərk edib. O, “Feyenord”la 1 mövsümlük (2027-ci ilin 30 iyununadək) anlaşıb.

Ris Nelson “Arsenal”ın yetirməsidir. O, London təmsilçisinin əsas komandasında 90 oyuna çıxıb, 8 qol və 9 assistlə yada qalıb.

Nelson əvvəlki mövsümlərdə “Hoffenhaym”, “Fulhem” və “Brentford” kimi klublarda icarədə də olub. O, 2021/2022-ci illər mövsümünü də məhz “Feyenord”da keçirib. İngilis futbolçu bu komandanın heyətində 32 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Risə əsas millidə ehtiyac duyulmayıb.

Xatırladaq ki, “Arsenal” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: