“Rizəspor” səfərdə, “Adana Dəmirspor” evdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Sivasspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib.

“Girəsunspor” “Rizəspor” üzərində inamlı qələbəyə sevinib. “Adana Dəmirspor” isə evdə “Yeni Malatyaspor”a uduzub.

Türkiyə Super Liqası
9-cu tur
15 oktyabr

Başakşəhər – Beşiktaş 3:2
Qol: Okaka, 40; 83. Gulbrandsen, 85 – A.Teyşeyra, 59. Batşuayi, 90+1-pen.

16 oktyabr

Girəsunspor – Rizəspor 2:0
Qol: S.Ay, 62-öz qapısına. Çampness, 90+4.

Sivasspor – Antalyaspor 2:2
Qol: C.Osmanpaşa, 10. Kayode, 45+4 – Fredi, 24. D.Sinik, 42.

Adana Dəmirspor – Yeni Malatyaspor 0:2
Qol: Tette, 36. S.Dəli, 55-öz qapısına.

17 oktyabr

14:30. Kasımpaşa – Göztəpə
17:00. Qalatasaray – Konyaspor
17:00. Altay – Fatih Karagümrük
20:00. Trabzonspor – Fənərbaxça

18 oktyabr

21:00. Alanyaspor – Kayserispor
21:00. Hatayspor – Qaziantep

Xəbəri sosial şəbəkələrdə paylaş: