İspaniyalı futbol mütəxəssisi Robert Moreno Cənubi Koreya milli komandasının müvəqqəti baş məşqçisi təyin olunub.
Arena.az bu barədə Koreya Futbol Assosiasiyasının (KFA) mətbuat xidmətinə istinadən xəbər verir.
48 yaşlı məşqçi ilə noyabrın 27-nə qədər nəzərdə tutulmuş və növbəti 6 matçı əhatə edəcək müqavilə imzalanıb.
Sənəddə müddətin uzadılması ilə bağlı bənd də yer alıb. Təyinat xüsusi yaradılmış ekspert komissiyasının keçirdiyi açıq müsabiqənin yekunlarına əsasən gerçəkləşib.
Xatırladaq ki, Robert Moreno bu postda DÇ-2026-dakı uğursuz çıxışdan sonra, iyun ayında istefa vermiş Hon Myen Bonu əvəzləyib.
İspaniyalı mütəxəssis daha əvvəl İspaniya yığmasını (2019) və “Monako”nu (2019–2020), “Qranada”nı (2021/2022) çalışdırıb. Morenonun sonuncu iş yeri Rusiyada “Soçi” (2023–2025) olub.


