Rodriqo Bekao “Fənərbağça”nı Rusiya klubuna dəyişdi

Türkiyənin “Fənərbağça” klubunun braziliyalı mərkəz müdafiəçisi Rodriqo Bekao bundan sonra “Rodina”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu 2026/2027-ci illər mövsümünün sonuna qədər Rusiya klubunda çıxış edəcək.

Bekao daha əvvəl Rusiyada Moskva ÇSKA-sının formasını geyinib. O, 2018/19 mövsümündə icarə əsasında “hərbçilər”də çıxış edib və komanda ilə Rusiya Super Kubokunu qazanıb. ÇSKA braziliyalı müdafiəçini birdəfəlik transfer etmək istəsə də, Bekao “Udineze”yə keçib.

Braziliyalı futbolçu 2023-cü ilin yayından “Fənərbağça”da çıxış edir. Ötən mövsüm əvvəlcə İstanbul klubunda cəmi 1 matç keçirmiş Bekao daha sonra icarə əsasında “Kasımpaşa”ya keçib. O, bu komandada 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Rodriqo Bekao karyerası ərzində Braziliyanın “Baiya”, İtaliyanın “Udineze”, Türkiyənin “Kasımpaşa” və “Fənərbağça” klublarında da çıxış edib.

“Transfermarkt” futbolçunun hazırkı bazar dəyərini 2 milyon avro qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: