Rodriqo Qoes Səudiyyə Ərəbistanından ona olan marağı şərh etdi

“Real”ın braziliyalı sağ cinah hücumçusu Rodriqo Qoes Səudiyyə Ərəbistanı Peşəkar Liqası klublarının ona olan marağını şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, braziliyalı ulduzun bu barədə fikrini təqdim edir:

“Mən təkliflər haqqında çox şey bilmirəm, bu barədə, mənim agentim olan atam bilməlidir. Mən Madriddə çox xoşbəxtəm. Mən çox xoşbəxtəm və uzun illər burada qalmaq istəyirəm, kluba isə mən minnətdaram. Klubun təkliflərinin olub olmadığını isə bilmirəm”, deyə Rodriqo vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal” Rodriqoya illik 140 milyon avro məbləğində maaşla müqavilə təklif edib.

Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.

Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 32 oyuna 12 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 249 oyun, 67 qol və 48 məhsuldar ötürmədən ibarətdir.

Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 31 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: