Azərbaycan üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
Arena.az xəbər verir ki, 3 qat paralimpiya çempionumuz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə 58.73 saniyə nəticə göstərib.
Bu nəticə ilə üçüncü yeri tutan idmançımız bürünc medalla kifayətlənib.
Xatırladaq ki, Roman Saley bir gün öncə bu dünya çempionatında 100 metr məsafəyə arxasıüstə üzmə növündə də 1:00.83 nəticə göstərmiş və fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Bununla da o, Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırmışdı.


