Azərbaycan idmançısı Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, 3 qat paralimpiya çempionumuz 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərib.
Bu nəticə o, fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bununla da Roman Saley Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb.