Azərbaycan üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
Arena.az xəbər verir ki, 3 qat paralimpiya çempionumuz 100 metr sərbəst üzmə növündə 53.32 saniyəlik nəticə göstərib.
Bu nəticə ilə o, dünya çempionatının qızıl medalına sahib çıxıb.
Bu, Azərbaycan üzgüçünün Mançesterdə dördüncü uğurudur. Roman Saley buna qədər 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə batterflay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutmuşdu. Saley 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə həm də Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırmışdı.
Ötən gün Azərbaycanın digər üzgüçüsü Vəli İsrafilov da dünya çempionatının qızıl medalını qazanmışdı. O, bu yarışda 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərmiş və Paris-2024 17-ci Yay Paralimpiya Oyunlarına lisenziya qazanmışdı.


