Ronald Kuman: “Türkiyə millisi ürəkdən oynayır”

Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün 1/4 finalında Türkiyə millisi ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Türk azarkeşlərdən nə gözlədiyimizi bilirik. Düşünürəm ki, belə bir ab-havada oynamaq əla olacaq. Biz sadəcə topa nəzarət etməli, sözün əsl mənasında ona hopmalı olacağıq. Rəqib böyük ilhamla oynayır. Rumıniya yığması da belə idi. Ürəkdən oynayırlar. Amma biz hazırıq”, deyə Ronald Kuman vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının 1/4 final mərhələsinin Niderland – Türkiyə oyunu bu gün, iyulun 6-da Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: