Ronaldo mötəbər yarışlarda antirekordunu müəyyənləşdirdi

Portuqlaliya yığmasının veteran kapitanı Kristiano Ronaldo mötəbər yarışlarda (DÇ və AÇ) şəxsi antirekorda imza atıb.

Arena.az məlumat verir ki, portuqal ulduz mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) bir oyunda topa toxunuş üzrə orta hesabla ən pis göstəricisinə imza atıb.

AÇ-2024-də Ronaldo hər oyunda orta hesabla 29,1 dəfə topa toxunub və ümumilikdə 5 oyunda oynayıb. Ronaldonun müvafiq göstərici üzrə ən yaxşı nəticəsi isə 2006-cı il Dünya Kubokunda qeydə alınıb. O vaxt Kristiano orta hesabla topa 66,2 dəfə toxunuş edib.

Həmçinin, Ronaldo AÇ-2024-də qol vurmayıb ki, bu da onun şəxsi antirekorduna çevrilib. “Roni” AÇ-2024-də 5 oyuna cəmi 1 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, Portuqaliya yığması AÇ-2024-ün ¼ finalında əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatmış oyunun penaltilər silsiləsində Fransa yığmasına məğlub olaraq, qitə birinciliyi ilə vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: