Ronaldo oynadığı “Əl-Nəsr” klubunu satın alır

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo hazırda formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu satın ala bilər.

Arena.az xəbər verir ki, bu barədə “DAZN Portugal” məlumat yayıb.

Məlumata görə, Ronaldo və daha dörd investor klubun alınması ilə bağlı təklif hazırlayır. Tərəflərin hər birinin sövdələşməyə ən azı 92 milyon avro sərmayə qoyacağı bildirilir.

41 yaşlı futbolçu 2022-ci ilin dekabrından “Əl-Nəsr”in formasını geyinir. Portuqaliyalı hücumçu karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” klublarında çıxış edib.

Ronaldo 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, Portuqaliya millisi ilə Avropa çempionu və 2 dəfə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

Təcrübəli hücumçu milli komandalar tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında ən çox qol vuran futbolçu rekordlarını da özündə saxlayır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: