Ronaldo yenidən “İmişli”də!

Bu yay “İmişli”dən azad agent kimi ayrılmı. braziliyalı mərkəz müdafiəçisi Ronaldo Rodriqes de Souza yenidən əyalət klubuna qayıdıb.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

28 yaşlı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Ronaldo Rodriqes de Souza ötən ilin yayında “İmişli” ilə 1 illik müqavilə bağlamışdı. Mərkəz müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 30 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı futbolçu karyerası ərzində “Alverka”, “Borneo”, “Anadiya”, “Sportinq” (U-23), “Kruzeyro” kimi klublarda çıxış edib. O, vaxtilə Braziliyanın U-17 yığmasında da forma geyinib.

“İmişli” bir neçə gün öncə yayda vidalaşdığı Rafael Vyeqası da geri qaytardığını açıqlamışdı. Daha öncə isə Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə imzalanmışdı.

Əyalət klubu bu yay Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov, İvan Senin, Pikas, Əkbər Eyyubov, Ayxan Abbaszadə və Fransisko Moraisi də heyətinə qatıb. Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Andrey Sinenka, Ezekiel Morqan, Nazim Hüseynov, Pikas və Vüsal Qənbərov isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: