İngiltərə Premyer Liqasında mübarizə aparan “Aston Villa” “Luton Taun”un yarımmüdafiəçisi Ross Barkli ilə müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Luton Taun”unun elitanı tərk etməsi Barklini özünə yeni klub tapmaq məcburiyyəti qarşısında qoyub. O da “Aston Villa”nın təklifini qəbul edib. Klubun tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir.
Barklinin ortabab bir ödəniş qarşılığında alınması, “Aston Villa”nın, “Lester Siti” ilə müqaviləsinin sonunda Yuri Tilemansla müqavilə imzaladığı zaman olduğu kimi, klub üçün aşağı riskli bir müqaviləyə bərabərdir.
Xatırladaq ki, Ross Barkli vaxtilə icarə əsasında “Aston Villa”da forma geyinib. Həmin vaxt “Çelsi”dən gəlmiş futbolçu bu komandada 24 oyuna 3 qol vurub, 1 assistlə yadda qalıb. Barkli geridə qalmış mövsümdə “Luton Taun”un heyətində 37 oyun keçirib, 5 qol vurub, məhsuldar ötürmə edib. O, “Everton”, “Nitsa”, “Şeffild Uensdey”, “Lids” kimi klubların da formasını geyinib, İngiltərə yığmasında 33 oyuna 6 qol vurub.
Qeyd edək ki, “Aston Villa” 1982/1983-cü illər mövsümündən bəri ilk dəfə Çempionlar Liqasında iştirak etmək üçün heyətini gücləndirmək istəyir. Birmingem təmsilçisi iki yarımmüdafiəçi, bir müdafiəçi və bir hücumçuya ehtiyac görür. “Aston Villa” “Çelsi”dən Konor Qallaxeri almaqda maraqlı olan klublar arasındadır.
Yeri gəlmişkən, “Aston Villa” mərkəz yarımmüdafiəçisi Morqan Sansonu Fransanın “Nitsa” klubuna satıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı fransız futbolçu 2023-cü ilin yayında icarə əsasında Liqa 1 təmsilçisinə keçmişdi. “Nitsa” 4 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb.
Sanson “Aston Villa”ya 2021-ci ilin yanvarında Marsel “Olimpik”indən gəlmişdi. O, Premyer Liqa təmsilçisində 23 oyuna cəmi 1 qol vurub. Sanson “Monpelye”, “Le Man”, “Strasburq” kimi klublarda da forma geyinib.


