AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki növbəti zəfər münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu bu gün ÇL-in əsas mərhələsinin 2-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı Danimarkanın “Kopenhagen” kollektivi üzərində 2:0 hesablı qələbəyə sevinib.
Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qələbə qazanan “Qarabağ” Futbol Klubu növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”.
Xatırladaq ki, “Qarabağ” ÇL-in Liqa mərhələsinin ilk turunda da Portuqaliyanın “Benfika” komandasını səfərdə 3:2 hesabıyla yenmişdi. Ağdam klubu hazırda 6 xalla “Bayern”, “Real” və “İnter”lə yanaşı, itkisiz irəliləyir.


