Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 24-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Oberhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası beş qolun qeydə alındığı bu matçda darmadağına üzülüb – 1:4.
Rüfət Dadaşov bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı forvardın adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. Cari mövsümdə 21 oyun keçirmiş Rüfətin hesabında isə 9 qol var.


