Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 30-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vattenşayd”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda darmadağına imza atıb – 3:0.
Rüfət Dadaşov bu görüşün iştirakçısı olmayıb. Son oyunların birində zədə alan azərbaycanlı forvardın adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Cari mövsümdə 21 oyun keçirmiş Rüfətin hesabında isə 9 qol var.


