“Barselona”nın yarımmüdafiəçisi Runi Bardqi dizində ön çarpaz bağın yenidən qopması səbəbindən əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Cərrahi müdaxilə Barselonadakı ixtisaslaşmış klinikalardan birində klubun tibbi xidmətinin nəzarəti altında uğurla həyata keçirilib.
“Barselona” isveçli futbolçunun bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlamayıb. Bununla belə, Bardqinin uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. İspaniya mediasında yer alan məlumata görə, optimist ssenaridə 20 yaşlı futbolçunun təxminən 6-7 aydan sonra meydana qayıtması mümkündür.
Bu, Bardqinin karyerasında ikinci ağır çarpaz bağ zədəsidir. O, 2024-cü ilin mayında Danimarkanın “Kopenhagen” klubunda çıxış edərkən sağ dizinin çarpaz bağlarını zədələmişdi.
Runi Bardqi 2025-ci ilin yayında “Barselona”ya keçib. İsveçli vinger Kataloniya klubunun heyətində bütün turnirlər üzrə 28 rəsmi matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
20 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2028/2029-cu illər mövsümünün sonuna qədər qüvvədədir.
“Transfermarkt” portalı Bardqinin bazar dəyərini 15 milyon avro qiymətləndirir.


