Rusiyalı Maksim Çiqayev bundan sonra İspaniyanı təmsil edəcək

Dəfələrlə superfinalçı, medalçı və komanda hesabında Rusiya çempionatının qalibi olmuş Maksim Çiqayev indi İspaniya yığmasını təmsil edir.

Arena.az bu barədə FIDE-yə istinadən məlumat verir.

Bu barədə rusiyalı qrossmeysterin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytındakı profilində məlumat verilib.

Hazırda 26 yaşlı qrossmeyster FIDE reytinqinə görə 2616 balla 154-cü yerdə qərarlaşıb.

Maksim Çiqayev 2012-ci ildə Rusiya yığmasının tərkibində 16 yaşadək gənclər arasında Dünya Şahmat Olimpiadasının qalibi, Mariborda 16 yaşadək gənclər arasında dünya çempionatının bürünc mükafatçısı (2012), Budvada 18 yaşadək gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısıdır. O, həmçinin kişilər arasında şahmat üzrə Rusiya Kubokunun çoxsaylı mərhələlərinin və Rusiya Rapid qran-prisinin bir çox silsilələrinin dəfələrlə qalibi və mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: