Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turunun “Səbail” – “Neftçi” matçı 1:1 hesablı heç-heçə ilə başa çatdı. Arena.az Bayılda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
31-ci tur
22 aprel
“Səbail” – “Neftçi” 1:1
Qollar: Maksim Çex, 31 – Yeqor Boqomolski, 7.
Sarı vərəqələr: Ağabala Ramazanov, 2 (hakimin qərarına etiraz). Elmir Tağıyev, 23 (qeyri-idman hərəkəti). David Qomis, 39 (qeyri-idman hərəkəti). Adil Nağıyev, 86 (qeyri-idman hərəkəti) – Vato Arveladze, 31 (qeyri-idman hərəkəti). Mateus Saldanya, 86 (qeyri-idman hərəkəti). Ömər Buludov, 87 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:30. “ASCO Arena”, 350 tamaşaçı.
Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Teymur Teymurov.
Dördüncü hakim: Emin Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k) (7. Ruslan Hacıyev, 80), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev (27. Emil Martinov, 56), 99. David Qomis, 30. Franko Mazurek (6. Cabir Əmirli, 80), 88. Matiya Lyuyiç (11. Qoba Zakpa, 71), 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 30. Aqil Məmmədov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik (5. Kenni Sayef, 68), 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber (8. Emin Mahmudov, 72), 18. Vato Arveladze (10. Sezar Meza Kolli, 72), 77. Yeqor Boqomolski (9. Mateus Saldanya, 80).
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 22. Kilan Lebon.
Baş məşqçi: Laurentsiu Regekampf.


