“Səbail” rekordun bir addımlığında dayandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunda “Kəpəz”lə qarşılaşan “Səbail” komandasının qol seriyası qırılıb.

Arena.az xəbər verir ki, Premyer Liqasında 2023/2024 mövsümünün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən Şahin Diniyevin yetirmələri “Kəpəz”in qapısına yol tapa biulməyiblər.

Matç qolsuz heç-heçə ilə başa çatıb.

Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atmışdılar. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.

“Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib.

Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14 oyun qol sevinci yaşayıb. Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail”in bu rekordun bir addımlığında dayanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: