Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün ən uğursuz komandası olan “Şəki” Aleksander Uco ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Şəki klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, nigeriyalı baş məşqçi ilə müqavilənin müddəti uzadılmayıb. Yeni baş məşqçinin adının yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, “Şəki” ötən mövsüm Aleksander Uconun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb. Komanda Azərbaycan Basketbol Liqasında mövsümü sonuncu – 10-cu yerdə başa vurub.


