Sənan Syuqirov Rusiyanı Macarıstana dəyişdi

Rusiyalı qrossmeyster Sənan Syuqirov bundan sonra Macarıstan bayrağı altında çıxış edəcək. Arena.az bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən məlumat verir.

30 yaşlı şahmatçı 2705 reytinq xalı ilə FIDE-nin dünya reytinqində 31-ci sırada yer alıb. Beləliklə, Syuqirov idman vətəndaşlığını dəyişmiş ən reytinqli şahmatçı olub. Dünya reytinqinin lideri 2835 reytiq xalı ilə 16-cı dünya çempionu norveçli qrossmeyster Maqnus Karlsendir.

Xatırladaq ki, Sənan Syuqirov Rusiya çempionatının gümüş mükafatçısı (2022), Rusiya çempionatının Yüksək Liqasının qalibi (2022) və Avropa çempionatının bürünc mükafatçısıdır (2018).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: