Türkiyənin “Beşiktaş” komandasının keçmiş baş məşqçisi Sərgən Yalçın yenidən Super Liqa təmsilçisinin “sükanı arxasına” keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, bu postda istefaya göndərilmiş Ole Qunnar Sulşeri əvəz edib.
Xatırladaq ki, Sərgən Yalçının sonuncu iş yeri “Antalyaspor” olub. O, 2024-cü ilin yanvar ayından rəhbərlik etdiyi Antalya təmsilçisini ötən ilin yayında tərk edəndən bəri işsiz idi.
Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020-ci ilin yanvarında “Beşiktaş”ın baş məşqçisi təyin olunmuş Sərgən, 2020/2021 mövsümündə bu komanda ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib.


