Səudiyyə Ərəbistanının idman naziri Liqanın inkişafından danışdı

Səudiyyə Ərəbistanının idman naziri, şahzadə Abdel Əziz bin Turki Əl Feysal milli futbol çempionatı haqda danışıb.

Arena.az BBC-yə istinadən məlumat verir ki, nazir klubların məsrəfi ilə bağlı fikirlərini paylaşıb, həmçinin Peşəkar Liqanın oyunlarına gələn tamaşaçılar haqda danışıb:

“Böyük xərclərdir? Düşünürəm ki, bun İngiltərə Premyer Liqası edib və məhz onlar buna belə başladılar. Bunu edəndə niyə heç kim onlara sual vermədi?

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının oyunları az ziyarət edilir? Bu, liqa quruculuğudur… Əminəm ki, gələn il davamiyyət daha çox olacaq. Dünyanın hər yerində olduğu kimi, bəzi oyunlar digərlərinə nisbətən daha çox tamaşaçı cəlb edir, amma indiyə qədərki bütün böyük oyunlarımız rekord sayda izləyici toplayıb… biz onları dünyanın 147 ölkəsində yayımlayırıq.

Liqanı böyütməyi planlaşdırarkən, bunu bu sürətlə edəcəyimizi düşünmürdük, amma bunun baş verdiyini görmək həqiqətən təravətləndiricidir və hər şeyin vacibliyini göstərir. Biz dünyanın ən yaxşılarını cəlb etmək üçün liqamızı inkişaf etdirməyə çalışırıq”, deyə nazir vurğulayıb.

Xatırladaq ki, cari ilin yanvarında Portuqaliya yığmasının ulduzu, hücumçu Kristiano Ronaldonun Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Nəsr”ə keçidi ilə, Şərq ölkəsinə futbol daha böyük addımlarla ayaq açdı. O vaxtdan bəri Səudiyyə Ərəbistanı klubları bir qayda olaraq adlı-sanlı futbolçuları, ələlxüsus veteran ulduzları Avropadan “dənləmək”lə məşğuldurlar. Yerli Liqanın səviyyəsi isə tədricən artır. Həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası gənc futbol məşqçiləri üçün münbit şərait yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: