Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu olan “Sabah” ölkəmizi FIBA Avropa Kubokunda təmsil edəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Sabah”ın basketbol komandası 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA Europa Cup) mübarizə aparacaq. Yarışın püşkatma mərasimi avqustun 8-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq.
Bununla da Azərbaycan uzun illər sonra ilk dəfə basketbol üzrə avrokubok yarışında təmsil olunacaq. Belə ki, Azərbaycan sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə “Qala” komandası ilə təmsil olunub.


