“Sabah” Avropa Kubokuna məğlubiyyətlə başladı

Kişi basketbolçular arasında Azərbaycan çempionatının sonuncu qalibi “Sabah” bu gün FIBA Avropa Kubokunda ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, təmsilçimiz G qrupundakı ilk matçında Belçikanın “Spiru” komandası ilə qarşılaşıb.

Belçikadakı “Şarlerua Doum” arenada baş tutan qarşılaşma təmsilçimiz üçün uğursuz alınıb. Əslində oyuna yaxşı başlayan Azərbaycan çempionu 1-ci periodu üstün bitirib. Növbəti periodda daha yaxşı oynayan meydan sahibləri böyük fasiləyə qalib yollanıblar. Son periodda təmsilçimiz hesabda önə keçsə də, yenə üstünlüyünü qoruya bilməyib. “Spiru” 1 xal fərqi ilə qalib gəlib. Oyun komandamızın 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda növbəti görüşünü oktyabrın 16-da Yunanıstan təmsilçisi “Marussi”yə qarşı keçirəcək.

Qeyd edək ki, G qrupun digər matçında Yunanıstanın “Marussi” komandası “Norçöpinq Dolfins”ə (İsveç) qalib gəlib – 99:80.

FIBA Avropa kuboku
G qrupu, 1-ci tur
9 oktyabr

“Spiru” – “Sabah” 82:81 (24:26, 25:16, 18:20, 15:19)
Hakimlər: Karsten Ştraube (Almaniya), Hrvoe Kavar (Bosniya və Herseqovina), İan Makdonald (Böyük Britaniya).
“Şarlerua Doum”.

Xəbəri sosial şəbəkələrdə paylaş: