“Sabah” basketbol komandasının FİBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Almaniyada baş tutan püşkə əsasən, Azərbaycan çempionu A qrupunda qərarlaşıb.
Avropa Kubokunun debütantı “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək.
Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq. Ötən mövsümü Azərbaycan çempionu kimi başa vurmuş “Sabah”ın debüt mövsümündə nəyə nail olacağı maraq doğurur.


