“Sabah” azarkeşlərini RFS-lə matça səslədi – Video

İyulun 26-da futbol üzrə Avropa Konfrans Liqasında debüt edən “Sabah” avrokuboklarda ilk ev matçına hazırlaşır.

Arena.az xəbər verir ki, bu turnirin 2-ci təsnifat mərhələsinin cavab oyununda Latviyanın RFS klubu qarşılaşacaq “bayquşlar” sosial şəbəkə hesablarında yaydığı videoda azarkeşləri stadiona səsləyib.

Qeyd edək ki, “Sabah” – RFS matçı avqustun 3-də “Bank Respublika Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Latviyada keçirilmiş ilk matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə nəticələnib. “Bayquşlar” tarixi matçda Boyan Letiç və Davit Volkovun vurduğu qollarla qələbəyə seviniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: