“Sabah” braziliyalı İqor Noqeyranı transfer etdi – Rəsmi

Portuqaliyanın “Şaveş” klubunun braziliyalı mərkəz müdafiəçisi İqor Noqeyra bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

İqor Noqeyra yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, paytaxt təmsilçisinin heyətində 14 nömrəli formanı geyinəcək.

İqor Noqeyra Braziliyanın “Fluminense” klubunun yetirməsidir. 29 yaşlı futbolçu karyerası ərzində Belçikanın “Gent” (2014-2015), Braziliyanın “Fiqeyrense” (2018), CRB (2019), “Yuventude” (2022), Portuqaliyanın “Jil Visente” (2019-2021), “Santa Klara” (2023), Meksikanın “Mazatlan” (2021-2022) klublarında da çıxış edib. O, 2023-cü ilin iyul ayından “Şaveş”də forma geyinirdi. Müdafiəçi bu klubun heyətində 22 oyuna çıxıb.

Mərkəz müdafiəçisinin “Şaveş”lə 2025-ci ilin 30 iyununa qədər müqaviləsi vardı. Bu üzdən də “Sabah”ın bu oyunçunun transferi üçün nə qədər təzminat ödədiyi maraq doğurur.

“Bayquşlar” daha öncə Kahim Parris (“Dinamo”, Kiyev, Ukrayna), Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya), Neqoş Kupusoviç (“Trençin”, Slovakiya) və Pavol Şafrankonu (“Sepsi”, Rumıniya) da transfer etmişdi.

Paytaxt klubu Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh, Veysəl Rzayev, Jarl Marqarita və İshak Belfodillə də yollarını ayırıb. Qapıçı Rüstəm Samiqullin “Neftçi”yə, Rauf Rüstəmli ilə Fəxri Məmmədli isə “Şamaxı”ya icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: