“Sabah” daha bir amerikalı basketbolçu ilə müqavilə bağladı

FİBA Avropa Kubokunda mübarizə aparacaq “Sabah”ın basketbol komandası heyətinə daha bir yeni oyunçu cəlb edib.

Arena.az xəbər verir ki, sözügedən klub amerikalı basketbolçu Smit Donovanla güclənib.

29 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb. 207 sm boya malik hücumçu son mövsümü Avstriya Bundesliqasında çıxış edən “Vels” klubunda keçirib. 2022/2023 mövsümündə komandasının heyətində 42 görüş keçirən 29 yaşlı hər oyunda orta hesabla 24 dəqiqə meydanda olub, 15 xal toplayıb, ortalama 6 ribaundla yadda qalıb. Donovan peşəkar karyerası ərzində Kipr, İspaniya, Gürcüstan, Rumıniya liqalarında çıxış edib.

Xatırladaq ki, “Sabah” daha öncə Desmond Kembric, Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Entoni Vilson, Şirzad Şirzadov və Endər Poladxanlını da transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə müqavilənin müddəti isə daha 1 il uzadılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: