“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” oyununun hakimləri dəyişdirilib.

Arena.az xəbər verir ki, UEFA daha əvvəl bu qarşılaşmaya Juan Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasını təyin etsə də, sonradan bu təyinatı dəyişib.

Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona həmyerliləri Ervan Fenjan və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək. VAR hakimi Bastyen Deşepi, AVAR isə Nikolya Renvil olacaq.

Qeyd edək ki, “Sabah” – “Orhus” oyunu avqustun 11-də “Masazır Arena”da keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan və Danimarka çempionları arasında ötən gün keçirilmiş ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdılar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: