“Sabah” “Partizan”a penaltilərlə uduzdu

“Sabah” bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Partizan” komandası ilə cavab matçına çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bir həftə öncə Masazırda keçirilmiş ilk oyunda bu rəqibinə 2:0 hesabıyla qalib gəlmişdi.

Bu üzdən Murad Musayevin komandasının mərhələ adlamaq şansları yüksək qiymətləndirilirdi. Hər halda “Sabah”a səfərdə nəinki heç-heçə, hətta minimal fərqli məğlubiyyət də mərhələ adlamaq üçün kifayət edirdi. Amma meydan sahibləri 90 dəqiqə ərzində ümumi hesaba tarazlıq gətirməyi bacarıblar. Serbiya nəhənginin ilk qolunu isə bu yay “Neftçi”dən “Partizan”a keçən Matias Saldanya vurub. 90 dəqiqə serblərin 2:0 hesablı qələbəsiylə bitdiyinə görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə yarım saat da bu baxımdan yetərli olmayıb. Belədə, 11 metrlik zərbələr təyin olunub. Penaltiləri daha dəqiq yerinə yetirən serblər pley-offa vəsiqə qazanıblar. Azərbaycan təmsilçisi isə mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, “Sabah” bu turnirin 2-ci raundunda Latviyanın RFS komandasını həm səfərdə (2:0), həm də evdə (2:1) məğlub etməklə mərhələ adlamışdı. “Partizan” isə Konfrans Liqasında mübarizəyə birbaşa bu mərhələdən qoşulmuşdu. Belqrad klubu pley-offda “Nordsyelland”la (Danimarka) qarşılaşacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust

“Partizan” – “Sabah” 2:0 (penaltilər 5:4)
Qollar: Mateus Saldanya, 30. Bibras Natxo, 58.
Qırmızı vərəqə: Kristian Beliç, 116 (ikinci sarı).
Baş hakim: Bartoş Frankovski (Polşa).
Belqrad. “Partizan Arena”.
İlk oyun – 0:2.

Penalti seriyası
Andriya Pavloviç – 1:0
Aleksey İsayev – 1:1
Nemanya Nikoliç – 2:1
Emmanuel Apeh – 2:2
Aldo Kalulu – 3:2
Ceyhun Nuriyev – 3:3
Nikola Antiç – 4:3
Kristian Da Silva – 4:4
Samed Bajdar – 5:4
Namiq Ələsgərov – 5:4 (qapıçı)

Partizan: 1. Aleksander Yovanoviç, 5. Nikola Antiç, 2. Arancel Stoykoviç, 3. Mihaylo İliç, 6. Svetozar Markoviç (k), 40. Kristian Beliç, 8. Frank Kanute (19. Aleksandr Şçekiç, 64), 7. Severina Xander (14. Samed Bajdar, 82), 10. Bibras Natxo (23. Nemanya Nikoliç, 82), 9. Quensi Meniq (15. Aldo Kalulu, 72), 11. Mateus Saldanya (20. Andriya Pavloviç, 110).
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 4. Sinişa Saniçanin, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 26. Aleksandar Filipoviç, 43. Nemanya Trifunoviç, 45. Mateya Styepanoviç.
Baş məşqçi: İqor Dulyay.
Sabah: 1. Yusif İmanov, 44. Sofian Çakla (k) (3. Con İrasabal, 74), 24. Mauran Hadudi, 2. Amin Seydiyev, 15. Kristian Da Silva, 7. Boyan Letiç (21. İldar Ələkbərov, 102), 10. Aleksey İsayev, 12. Vensan Till (29. Ceyhun Nuriyev, 78), 27. Jarl Marqarita (77. Namiq Ələsgərov, 63), 9. Anatoli Nuriyev (17. Tellur Mütəllimov, 78), 18. Davit Volkov (19. Emmanuel Apeh, 74).
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 22. Seymur Məmmədov, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev

Xəbəri sosial şəbəkələrdə paylaş: