“Sabah” Yunanıstan klubuna doğma meydanda uduzdu – Video

Kişi basketbolçular arasında Azərbaycan çempionu “Sabah” bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rimas Kurtinaytisin yetirmərləri G qrupunun 2-ci turu çərçivəsində Yunanıstanın “Marussi” komandası ilə qarşılaşıb

Qrupda ilk ev görüşümüz məğlubiyyətlə başa çatıb. Oyuna yaxşı başlayan meydan sahibləri birinci periodu üstün bitiriblər. Sonradan daha yaxşı oynayan qonaq komanda hesabda önə keçib. Yekunda yunanlar 82:70 hesabı ilə qələbə qazanıblar.

Xatırladaq ki, Azərbaycan çempionu ilk oyununda Belçikanın “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olmuşdu.

FIBA Avropa kuboku
G qrupu, 2-ci tur
16 oktyabr

“Sabah” – “Marussi” 70:82 (27:25, 13:16, 13:21, 17:20)
Hakimlər: Marius Çiulin (Rumıniya), Kirile Tvauri (Gürcüstan), Vlad-Teodor Kotrobas-Daskalu (Rumıniya).
Bakı İdman Sarayı.