“Sabah”ın Çempionlar Liqasındakı ilk rəqibi bəlli oldu

Kişi basketbolçulardan ibarət Azərbaycan çempionu “Sabah”ın Çempionlar Liqasının 2024/2025 mövsümündəki ilk rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norçöpinq Dolfins” komandası ilə üz-üzə gələcək.

Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq “Sabah” təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: