Sadio Mane “Liverpul”u “Bayern”ə dəyişdi

Futbol üzrə Seneqal milli komandasının hücumçusu Sadio Mane İngiltərənin “Liverpul” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra karyerasını Almaniyanın “Bayern” klubunda davam etdirəcək.

Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli hücumçu ilə 3 illik müqavilə imzalanıb. “Liverpul” bu transferdən bonuslarsız 32 milyon avro qazanıb. Bonuslarla bu məbləğ 41 milyona çata bilər.

Sadio Mane 2016-cı ilin yayından “Liverpul”da çıxış edirdi. O, bu komandanın heyətində bütövlükdə 269 matça çıxıb, 120 qola imza atıb.

Mane “Liverpul”da bir sıra uğurlara da imza atıb. Onun İngiltərə klubu ilə qazandığı titullara da nəzər salaq:

İngiltərə Premyer Liqası: 2019/20
İngiltərə Federasiya Kuboku: 2021/22
İngiltərə Liqa Kuboku: 2021–22[142]
UEFA Çempionlar Liqası: 2018/19
UEFA Super Kuboku: 2019
FİFA Klublararası Dünya Çempionatı: 2019

Seneqallı hücumçu peşəkar karyerasına 2011-ci ildə Fransanın “Mets” komandasında başlayıb. Daha sonra Avstriyanın “Zalsburq” klubunda forma geyinən futbolçu, 2014-2016-cı illər aralığında da İngiltərənin “Sauthempton” klubunda çıxış edib. Seneqal yığmasında 91 oyun keçirmiş forvard, 33 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: