Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.
Arena.az xəbər verir ki, bu gün 2-ci turun görüşləri baş tutub.
Azərbaycanın kişilərdən ibarət milli komandası Filippin yığmasına 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini məğlub ediblər. Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ilə kifayətləniblər.
Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka üzərində 4:0 hesablı qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəliblər.
Xatırladaq ki, ilk turda Azərbaycanın kişilərdən ibarət millisi Mərakeş yığmasını, qadınlardan ibarət yığmamız isə Qvatemala kollektivini 4:0 hesabı ilə məğlub etmişdi.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olmaqla keçirilir. Yarışa sentyabrın 27-də yekun vurulacaq.


