Şahmat: Yığmamızın beş üzvü üçün Qətər sınağı

Şahmat üzrə Azərbaycan yığmasının beş üzvü bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda iştirak edəcək.

Arena.az xəbər verir ki, “Qatar Open”də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaqlar.

Xatırladaq ki, 155 idmançının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək.

9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) kimi tanınmış qrossmeysterlər də güclərini sınayacaqlar.

Yarışın mükafat fondu 110 min ABŞ dolları təşkil edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: