Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 36-cı tur çərçivəsində evdə “Qaziantep”lə qarşılaşıb.
Şahruddinin komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 1:6.
Məhəmmədəliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, hər hissədə 3 qol buraxıb. Bu, Şahruddinin Türkiyə karyerasında antirekordudur. Azərbaycan yığmasının qapıçısı Adana təmsilçisində indiyə qədər bir oyunda qapısında 6 qol görməmişdi.
“Adana Dəmirspor” bu nəticədən sonra 44 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “Ankaragücü” isə 39 xalla 15-cidir.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 24 matça çıxıb, 38 qol buraxıb, 5 “quru” matç keçirib.


