“Şamaxı” “Nebitçi” ilə oyunda darmadağına sevindi

Yeni mövsümə hazırlığı davam etdirən “Şamaxı” bu gün Türkmənistanın “Nebitçi” komandası ilə yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələdə üz-üzə gəliblər.

Qarşılaşma “Şamaxı”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan təmsilçisinin heyətində Emil Qasımov dubla imza atıbsa, digər qolları Rövşən Şahmuradov və Əli Mürsəlov vurub.

Xatırladaq ki, Türkmənistan yüksək liqasında çıxış edən “Nebitçi” xeyli müddətdir Qəbələdə təlim-məşq toplanışındadır. Sözügedən komanda Türkmənistan çempionatında 14 oyuna topladığı 25 xalla 8 kollektiv arasında 3-cü pillədə qərarlaşıb. Bu kollektiv fasilədən sonrakı ilk matçını sentyabrın 16-da doğma meydanda “Kopetdağ”a qarşı keçirəcək.

“Şamaxı” isə bu mövsüm Birinci Liqada mübarizə aparacaq. Əyalət təmsilçisi sentyabrın 15-də baş tutacaq mövsümün ilk matçında “Qaradağ Lökbatan”ın qonağı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: