Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Sami Uğurlu istefa verib. Arena.az xəbər verir ki, o, bu barədə Super Liqanın 2-ci turu çərçivəsində baş tutan “Fənərbaxça” ilə ev oyunundan sonrakı mətbuat konfransında jurnalistlərə açıqlama verib.
İstefaya “Kasımpaşa”nın “Fənərbaxça”ya biabırçı hesabla uduzması səbəb olub. Belə ki, sözügedən komanda bu görüşdə 6 cavabsız qola üzülüb. Matçdan dərhal sonra baş məşqçi öz postundan ayrıldığını açıqlayıb. Hələlik klub rəhbərliyinin onun istefasını qəbul edib-etmədiyi rəsmi olaraq açıqlanmayıb.
Xatırladaq ki, “Kasımpaşa” yeni mövsümün ilk turunda da “Başakşəhər”ə 0:4 hesabıyla məğlub olmuşdu.
Sami Uğurlu 2021-ci ilin dekabrından “Kasımpaşa”ya rəhbərlik edirdi. Daha öncə bu klubda köməkçi məşqçi kimi çalışan 44 yaşlı mütəxəssisin ilk baş məşqçilik fəaliyyəti 9 ay davam edib.


