İtaliyanın “Sampdoriya” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Marko Campaolo çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Marko Campaolo “Sampdoriya” üçün tanış mütəxəssisdir. İtaliyalı məşqçi 2016-2019-cu illər aralığında da bu komandaya rəhbərlik edib. 54 yaşlı mütəxəssis son olaraq ötən mövsüm “Torino”nu çalışdırıb.
Campaolo “Sampdoriya”da bir neçə gün öncə istefaya göndərilmiş Roberto Daversanı əvəz edib. Sözügedən komanda A Seriyasında 22 oyundan sonra 20 xalla 15-ci sırada qərarlaşıb.


