Samuel Jiqo “Latsio”nu azad agent kimi tərk etdi

İtaliyanın “Latsio” klubunun fransalı mərkəz müdafiəçisi Samuel Jiqo paytaxt təmsilçisindən ayrılaraq azad agentə çevrilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 32 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Xatırladaq ki, Jiqo 2024-cü ilin yayında Marsel “Olimpik”indən icarə əsasında “Latsio”ya keçmişdi. Bir mövsüm sonra isə İtaliya klubu müdafiəçinin transfer hüquqlarını birdəfəlik almışdı.

Fransalı futbolçu ümumilikdə “Latsio”nun heyətində bütün turnirlərdə 23 rəsmi oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Samuel Jiqo karyerası ərzində “Arl-Avinyon”, “Kortreyk”, “Gent”, “Spartak” (Moskva) kimi klublarda da çıxış edib. Fransalı müdafiəçi “Spartak”la Rusiya çempionatının gümüş medalını və ölkə kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: